fbpx

İntermodal və Multimodal daşımalar

Biz geniş şəbəkəmiz üzərindən hava, avtomobil, dəmiryolu və dəniz yükdaşımalarını birləşdiririk, beləcə yükünüzün böyük və ya kiçikhəcmli olmasından asılı olmayaraq, vaxtında və təhlükəsiz çatdırılmasına, həmçinin büdcənizə qənaət olunmasına nəzarət edirik.

Müştərilərimiz üçün xüsusi hazırlanmış “end-to-end” təchizat zəncirlərini layihələndirmək və tətbiq etmək istiqamətində qazandığımız təcrübəmiz tələblərinizə cavab verən intermodal yükdaşıma təklifinə imkan yaradır.

Təchizat zəncirinizdə müxtəlif nəqliyyat vasitəsindən istifadə edərək, logistika xərclərini azalda, əməliyyat səmərəliliyini artıra və bazara sürətli girişinizi təmin edə bilərik. Xidmət seçiminiz büdcənizə və yükünüzün çatdırılma sürətinə olan tələblərinizə uyğunlaşdırılacaqdır.

Müxtəlif konfiqurasiyalara malik yükdaşımaların uyğun variantlarını təklif edən flot və infrastrukturun mövcudluğu bizə effektiv və ekololji təhlükəsiz, intermodal yükdaşıma xidmətləri təklif etməyə imkan yaradır.

Dəniz-Hava

Dəniz-hava yükdaşıma xidmətləri vaxta və xərclərə qənaət baxımından mükəmməl seçimdir.

Sizin yükünüz konteyner vasitəsilə qlobal tranzit mərkəzlərimizdən birinə xüsusi yükdaşıma bağlamasında çatdırılır. Daha sonra yük təyinat yerinə ən yaxın məsafədə yerləşən hava limanına hava nəqliyyatı ilə göndərilir və yük maşınıyla çatdırılır.

İcrası minimum məbləğ tələb edən dəniz-hava yükdaşıması okean yükdaşımasından 80% daha sürətlidir. Komandamız sizə təchizat zəncirinizin tələblərinə uyğun ən münasib qiymət həllini tapmağa kömək edəcəkdir.

Dəniz - Dəmiryolu daşımaları

Dəniz-dəmiryolu xəttimiz, dəmiryolu və okean yükləmə şəbəkələri vasitəsilə yükünüzün sürətlə və beynəlxalq standartlar çərçivəsində daşınmasına imkan verir.

Proses boyunca peşəkar qrupumuz yükünüzün təyinat nöqtəsinə sürətli və effektiv çatdırılmasına nəzarət edir.

Beynəlxalq dəniz və dəmiryolu yükdaşımaları ilə məşğul olan komandamız vasitəsilə yükünüzün çatdırılma gedişatını daim izləyə bilərsiniz.

Daşıdığımız yüklərin növləri

Eyni anda bir neçə nəqliyyat növündən istifadənin yaratdığı rahatlıq imkan verir ki, istənilən ölçüdə, konfiqurasiyada və növdə olan yükləri daşıya bilək. Nəzərə almaq lazımdır ki, beynəlxalq yükdaşımalar zamanı hava nəqliyyatından istifadə edərkən bəzi məhdudiyyətlər ortaya çıxacaqdır.

İstənilən ölçüdə, konfiqurasiyada və növdə olan yüklərin daşınması bizim işimizdir. Fərqli tələbləriniz və xidmətlərə ehtiyacınız olarsa, bizimlə əlaqə saxlayın. Yükünüzün etibarlı, sürətli və təhlükəsiz daşınması üçün xidmətinizdəyik.