fbpx

Yükdaşıma xidməti


Yüklərinizi hava, quru və dəniz yolu ilə ehtiyac duyduğunuz yerə daşımaq üçün idarəetmə təcrübəsinə və qlobal şəbəkəyə sahibik. İstənilən idxal və ixrac tələblərini ödəyə biləcək yükdaşıma həlləri ilə, müştərilərə tam inteqrasiya olunmuş qlobal yükdaşıma xidmətləri təklif edirik. Buraya: quru yolu yükdaşımalarının birbaşa izlənməsi, daşıma və ixrac sənədlərinin hazırlanması, anbar xidmətləri, yükün yerinin rezervasiyası, yükdaşıma tariflərinin razılaşdırılması, yükün konsolidasiyası və müştəri yönümlü sığorta şərtlərinin təşkili və.s. daxildir. Hər nəqliyyat növü üzrə ixtisaslı heyətimiz, Şərqi və Qərbi Avropa, MDB regionu, Şərqi və Cənub Şərqi Asiya ölkələrində mövcud nümayəndələrimizlə birgə, yükdaşıma əməliyyatlarını idarə edir. Yükün təhvil alma ünvanından asılı olmayaraq, GSP Logistics, sizə uyğun, etibarlı və qənaətli həllər təmin etmək üçün nəqliyyat lazımlı təcrübəyə və qlobal şəbəkəyə malikdir. Yük idarəetmə qabiliyyətlərimiz hərtərəfli təchizat zənciri üzrə təcrübəmizlə dəstəklənir və tədarük zəncirinizə dəyər qatan tam inteqrasiya edilmiş əməliyyatları təqdim etməyə imkan verir. Beləliklə, dünyanın istənilən bir yerində yükdaşımaların mütəşəkkil həyata keçirilməsinə ehtiyacınız varsa, bizimlə əlaqə saxlayın..