
DƏMİRYOLU YÜKDAŞIMALARI
Dəmiryolu şəbəkələrinin idarə olunması və nəzarəti istiqamətində qazandığımız qlobal təcrübə müştərilərimizə dəmiryolu daşımaları ilə bağlı geniş xidmətlər təklif etməyə imkan yaradır. Biz müştərilərimizi dünyanın qlobal iqtisadi regionları ilə əlaqələndirərək dəmiryolu daşımaları vasitəsilə yükdaşıma zəncirlərini möhkəmləndirən təkliflər hazırlayırıq.




GÖMRÜK BROKERİ VƏ RƏSMİLƏŞDİRİLMƏSİ
Gömrük rəsmiləşdirilməsi və sənədləşmə sahəsində əldə etdiyimiz yüksək təcrübə bizə imkan verir ki, müştərilərimizin zəruri icazə və sertifikatları alması prosesini sürətləndirək, eləcə də xərclərə qənaət edərək yüklərin çatdırılması zamanı bütün mümkün maneələri aradan qaldıraraq sürətli və etibarlı yükdaşımanı reallaşdıraq.

LAYİHƏ LOGİSTİKASI
“GSP Logistics” şirkətinin layihə logistikası xidmətləri mürəkkəb tapşırıqların uğurlu icrası üçün hər bir fərdi müqaviləyə uyğun olaraq icra edilir. Mütəxəssislərdən ibarət komandamız çoxillik iş təcrübəsindən irəli gələn yaradıcı, kreativ həllərdən və bacarıqlardan istifadə edir. Ağır tonnajlı və qabaritli yüklərinizin daşınması bizim işimizdir.