DƏMİRYOLU YÜKDAŞIMALARI
Dəmiryolu yük daşımaları, böyük həcmli yüklərin uzun məsafələrdə daşınması zamanı minimal xərc tələb edən və ən əlverişli nəqliyyat vasitəsidir. Dəmiryolu daşımaları, böyük yükgötürmə qabiliyyəti, müxtəlif parametrlərə malik olan və yükləmə zamanı xüsusi texnologiyaların istifadəsini tələb edən yüklərin bir dəfəyə çatdırılmasına imkan yaradır.
Əməkdaşlıq etdiyimiz qlobal şəbəkələr sayəsində təqdim etdiyimiz dəmiryol yükü etibarlılığı, ekoloji təmizliyi və multimodal nəqliyyat zamanı təhlükəsizliyi ilə fərqlənir.
Müştərilərimizin təchizat zəncirlərini möhkəmləndirmək üçün, onları dünya miqyasında tanınmış iqtisadi regionlarla əlaqələndirən dəmiryolları vasitəsiylə, MDB ölkələri, Şərqi və Qərbi Avropa, Şərqi və Cənub Şərqi Asiya ölkələrindən və həmin istiqamətlərdə yük daşımalarını təşkil edirik.
Dünyada dəmiryolu şəbəkələrinin idarə olunması və nəzarəti istiqamətində qazandığımız təcrübə müştərilərimizə dəmiryolu daşımaları ilə bağlı geniş xidmətlər təklif etməyə imkan verir.
Dəmiryolu yükdaşımalarına aşağıdakı xidmətlər daxildir:
• Yol qaimələrinin hazırlanması
• Yüklərin sığortalanması və izlənməsi
• Yüklərin müşayiət edilməsi
• Anbar və terminal xidmətləri
• Möhürləmə və mühafizə xidmətləri
• Tranzit xidməti
• Konteyner və vaqonların təşkili
• Yüklərin sığortalanması və izlənməsi
• Gömrük broker xidmətləri
Dəmiryolu ilə daşınan yüklərin növləri
• Tezkorlanan və temperaturuna xüsusi nəzarət edən yüklər
• Təhlükəli və ölçüyəgəlməz yüklər
• Maye və qaz halda olan yüklər
• Kütləvi yüklərin daşınması
• Nəqliyyat vasitələri və hissələri
• Cihaz və avadanlıqlar
Dəmiryolu vasitəsi ilə daşınan yüklərin ölçüləri
• Yüklü konteynerlər (FLC)
• Natamam yüklü konteynerlər (LCL)
• İrihəcmli yüklər (maye və bərk halda)
• Konteynersiz yüklər
İstənilən ölçüdə, konfiqurasiyada və növdə olan yüklərin daşınması bizim işimizdir. Xüsusi tələblərinizə cavab verən keyfiyyətli xidmətlərə ehtiyacınız olarsa, bizimlə əlaqə saxlayın. Yükünüzün etibarlı, sürətli və təhlükəsiz daşınması üçün xidmətinizdəyik.