LAYİHƏ LOGİSTİKA
Şirkətimizin layihə logistikası xidmətləri mürəkkəb tapşırıqların uğurlu icrası üçün hər bir fərdi müqaviləyə uyğun olaraq icra edilir. Mütəxəssislərdən ibarət komandamız çoxillik iş təcrübəsindən irəli gələn yaradıcı, kreativ həllərdən və bacarıqlardan istifadə edir. Ağır tonnajlı və qabaritli yüklərinizin daşınması bizim işimizdir.
“GSP Logistics” bütün sənaye sahələrindəki investisiyalar üçün xidmətlər təklif edir. Müştərilər əsasən layihə sahibləri, onların podratçıları və ya birbaşa təchizatçılardır.
“BİZNESİNİZİ YAXŞI BİLİRİK”
Mədən layihələri ilə bağlı yüklər, ağır maşınlar və ya istehlak malları - daşıdığımız yüklərin növündən asılı olmayaraq, biz sizin biznesinizi dərindən öyrənmək üçün vaxt ayırırıq. Biz sizə texniki yüklərin daşıyıcılara və təchizatçılara ötürülməsində, eləcə də son çatdırılma tarixinə və büdcənizə uyğun düzgün yükdaşıma növünün seçilməsində köməklik göstəririk.
Biz həmçinin dəniz, hava, avtomobil və dəmiryolu nəqliyyatı vasitəsi ilə daşınmasında xüsusi tələblər qoyulan (məs, gəmilərin, ağır yüklərin qaldırılması üçün kranların icarəyə götürülməsi və s.) yüklər üçün logistika konsepsiyası işləyib hazırlayırıq.
Neft-qaz sənayesi qlobal layihələrimizdə logistika fəaliyyətimizin mühüm hissəsini təşkil edir.
- Neft-kimya və kimya məhsullarının istehsalı obyektləri
- Mayeləşdirilmiş təbii qaz zavodları və təkrar qazlaşdırma qurğuları
- Neft və qaz emalı zavodları
- Boru kəmərləri
Bundan əlavə, layihə logistikası aşağıdakıları əhatə edir:
- Elektrik stansiyaları (neft, qaz, fosil və ya digər enerji növləri ilə işləyən) və oxşar müəssisələr
- Dağ-mədən müəssisələri
- Alüminium zavodları, metallurgiya zavodları və analoji müəssisələr
- Pulpa, kağız və sellüloz istehsalı müəssisələri
- Nəqliyyat sistemləri, dəmiryolu, metro
TƏYYARƏNİN VƏ YA GƏMİNİN İCARƏSİ
Əgər yükləriniz təyinat nöqtəsinə təcili çatdırılmalıdırsa, yaxud yükünüzün daşınması üçün xüsusi nəqliyyata ehtiyac yaranarsa, “GSP Logistics” icarə nizamnaməsinə uyğun olaraq sizi lazımi sənədlərlə tanış edəcəkdir. Biz mürəkkəb layihələrinizin asan həllinə kömək edəcəyik, eyni zamanda fəaliyyət və maliyyə hədəflərinizin icra prosesini nəzarətdə saxlayacağıq.