GÖMRÜK BROKERİ VƏ RƏSMİLƏŞDİRİLMƏSİ
Logistika mütəxəssisləri olaraq, sərhəd zonasında gömrük rəsmiləşdirmələri zamanı baş verən gecikmənin biznesinizin inkişafına mənfi təsir etdiyini yaxşı başa düşürük. Gömrük rəsmiləşdirilməsi və sənədləşmə sahəsində əldə etdiyimiz yüksək təcrübə imkan verir ki, müştərilərimizin zəruri icazə və sertifikatları almasını sürətləndirək, eləcə də xərclərə qənaət edərək yüklərin çatdırılması zamanı bütün mümkün maneələri aradan qaldıraraq sürətli və etibarlı yükdaşımanı reallaşdıraq.
Yüklərinizə dair bütün gömrük əməliyyatlarının həyata keçirilməsini, o cümlədən şirkətinizin xarici iqtisadi fəaliyyəti prosesində yük gömrük bəyannamələrinin tərtib edilməsini, gömrük nümayəndəsi xidmətinin göstərilməsini öhdəmizə götürürük. Beynəlxalq və yerli gömrük qanunvericliklərinin dərindən öyrənilməsi bizə daha yaxşı xidmət etməyə və optimal həllər tapmağa imkan verir. Bundan əlavə, biz gömrük anbarlaması da daxil olmaqla, geniş anbar və saxlama çeşidlərini təklif edirik.
Gömrük Brokeri və Rəsmiləşdirilməsi
Gömrük rəsmiləşdirilməsi və sənədləşmə ilə bağlı əldə etdiyimiz beynəlxalq biliklər və zəngin təcrübə yükdaşıma prosesini sürətləndirməyə, artıq xərclərdən və gecikmələrdən qaçmağa kömək olacaq.
İdxalçı və istehlakçı olmağınızdan asılı olmayaraq, etibarlı və səmərəli beynəlxalq təchizat zəncirinin həllini tələb edən şirkətsinizsə və ya mühüm avadanlıqların hissələrinin qısa zamanda, beynəlxalq səviyyədə təslim olunmasını istəyirsinizsə, biz sizin üçün gömrük sənədləşmələri ilə bağlı bütün məsələlərinin həllində kömək olacağıq.
Gömrük brokeri və rəsmiləşdirilməsi xidmətlərimizə daxildir:
- tariflərin təsnifatı və xidməti sənədlərin hazırlanması
- idxal və ixrac bəyannaməsinin rəsmiləşdirilməsi
- gömrük vergilərinin geri qaytarılması
- yüklərin əvvəlcədən göndərilməsi icazəsi və rəsmiləşdirilməsi
- ixrac sənədinin hazırlanması
- tranzit icazəsinin işlənib hazırlanması
- gömrük / elektron poçta elektron giriş
- məsləhət xidmətləri