fbpx

Haqqımızda


GSP LOGISTICS beynəlxalq nəqliyyat ekspedisiyası, layihə logistikası və gömrük rəsmiləşdirilməsi xidmətlərini həyata keçirən, mərkəzi ofisləri Azərbaycan və Gürcüstanda yerləşən özəl şirkətidir.


Dünyada 500-dən çox təmsilçi şəbəkəsinə sahib olmaqla, sərfəli və keyfiyyətli logistika və nəqliyyat ekspedisiya əməliyyatlarını təklif edirik. Biz bütün hava, quru və su yolu yük daşımalarını ən peşəkar, etibarlı və sürətli şəkildə həyata keçiririk.


Logistika əməliyyatları üzrə xüsusi təyinatlı işçi heyətimiz, müştərimizi təmsil edərək, güclü ticari təcrübə nümayiş etdirir, multi-modal daşımalar və layihə logistikası sahəsində strateji planları uğurla kordinasiya edirlər.


Gömrük rəsmiləşdirilməsi və uyğunluq üzrə mütəxəssislərimiz yükün daşınma xərclərini nəzarətdə saxlayır, onun təyinat məntəqəsinə çatdırılması prosesini sürətləndirir və gömrük məsələləri ilə bağlı əngəlləri və çətinlikləri aradan qaldırmağa kömək edirlər.


Müştərilərimizin ehtiyac və gözləntiləri bizim üçün böyük əhəmiyyət kəsb edir. Buna görə, biz, dövri olaraq sorğular, üz-üzə və ya interaktiv görüşlər keçirərək müştərilərin rəylərini alırıq və onların narahatlıqlarını, şikayətlərini və ya məsələlərə həll yolu ola biləcək təkliflərini müəyyənləşdiririk. Nəticədə xidmətlərimizin keyfiyyətini yaxşılaşdırmaq üçün idarəetmə sistemimizi daim inkişaf etdiririk və təkmilləşdiririk.


Sənayə layihələrinizin miqyasından asılı olmayaraq, biz, mövcud resurslarımız və yüksək keyfiyyətli ekspert rəyi ilə, əməliyyatlara dair tələblərinizin A-dan Z-yə kimi, bütünlüklə koordinasiya edilməsinə zəmanət veririk.


Missiya

GSP LOGISTICS-in missiyası beynəlxalq yük daşımaları üzrə sahəsində müştərilərin tələb və ehtiyaclarına əsaslanan, daim təkmilləşən xidmətlər göstərməkdir.


Vizion

Şirkətimizinin vizionu beynəlxalq daşıma xidmətləri regionda üzrə rəqabətə davamlı şirkətə çevrilmək, müştərilərimiz ilə davamlı və güvənli əməkdaşlıq münasibətləri saxlayaraq, onlara dayanıqlı və keyfiyyətli biznesin qurulmasında və qorunmasında dəstək olmaqdır.


Dəyərlər

• Müştəri yönümlülük

• Etibarlılıq və şəffaflıq

• Çevik və Keyfiyyətli xidmət

• Qarşılıqlı hörmət