DƏNİZ YOLU İLƏ YÜKDAŞIMA
Əməkdaşlıq etdiyimiz şirkət və təşkilatlarla əldə olunan sıx və davamlı işgüzar münasibətlər, eləcə də, dəniz yolu ilə yükdaşıma sahəsində qazanılan geniş təcrübə bizə, müştərilərimizə müntəzəm, etibarlı və sərfəli xidmətlər təklif etməyə imkan verir.
Okean vasitəsilə daşınan yükünüzün böyük və ya kiçikhəcmli olmasından asılı olmayaraq, dəniz daşımalarınızın vaxtında və təhlükəsiz çatdırılması, həmçinin büdcənizə qənaət olunması bizim prioritetimizdir.
Dəniz yolu yükdaşıma xidmətlərimiz:
• Tam (FCL) və natamam (LCL) yüklü konteynerlərin daşınması
• İdxal və ixrac əməliyyatları
• Qapıdan-qapıya, qapıdan-limana, limandan-limana və limandan qapıya çatdırılma
• konteynerlərin və yük avadanlıqlarının təchizatı
• barajlardan və üzən kranlardan istifadə edərək, malların əsas gəmiyə yüklənməsi/ boşaldılması üçün tranzit xidmətləri
• boş konteynerlərin yenidən istifadəsi
• Dəniz və Quru yolu multimodal yükdaşımaları
Dəniz nəqliyyatı vasitəsilə daşınan yüklərin növləri
Standart yüklərlə yanaşı, biz, dəniz nəqliyyatı vasitəsilə, aşağıda sadalanan xüsusi növ yüklərin daşınması ilə də məşğuluq:
• təhlükəli yüklər
• tezkorlanan və temperaturuna xüsusi nəzarət edilən yüklər
• irihəcmli yüklər
• tibbi tullantılar
• nəqliyyat vasitələri və hissələri
• geyim əşyaları
• neft və qaz məhsulları
• kütləvi yüklər (aqreqatlar, kömür, dəmir filizi)
Dəniz yolu vasitəsi ilə daşınan yüklərin ölçüləri:
Dəniz nəqliyyatı vasitəsilə yükdaşımaların logistikası sahəsində əldə etdiyimiz geniş təcrübə bizə müxtəlif ölçülərdə yükləri daşımağa imkan verir. Məsələn:
- paletlənmiş yüklər
- tam yüklü konteynerlər (FCL)
- natamam yüklü konteynerlər (LCL)
- qabaritli yüklər və avadanlıqlar
Dəniz yolu daşımaları şikətlərə iri ölçülü, standartdan kənar yüklərin rahatlıqla və təhlükəsizlik qaydalarına zəmanət verilməklə daşınmasına imkan verir. Beləliklə, yükünüzün yolu uzundursa, lakin onun çatdırılma müddətlərində böyük sıxıntınız yoxdursa, o zaman dəniz daşımaları ən münasib nəqliyyat vasitəsi olaraq ən münasib beynəlxalq daşıma vasitəsidir.